İyn
2019
13:33
20
233
4287
Virtual karabakh

Hesabı ödəmək istəmədi, taksi sürücüsünü bıçaqladı

7 İyn, 2019
13:33
4287

Hesabı ödəmək istəmədi, taksi sürücüsünü bıçaqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 5-dən 6-na keçən gecə “London Taksi”də bıçaqlanma hadisəsi baş verib.

Xəzər RPİ-dən Oxu.Az-a verilən məlumata görə, cinayətin qurbanı Xəzər rayon sakini 28 yaşlı Heydərov Kamran Bəhmən oğlu olub.

Yaralı 2 nömrəli Bakı Şəhər Xəstəxanasına gətirilib. Onun vəziyyəti ağır olduğuna görə dindirilməyib.

Buna baxmayaraq, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən 31 yaşlı Bəhruz Dilavər oğlu Həsənovu saxlayıblar. 

Bildirilir ki, sürücü ilə sərnişin arasında münaqişə hesabı ödəməmək istəyindən yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri