İyn
2019
15:01
23
316
12683
Virtual karabakh

Gürcüstanda azərbaycanlı ər-arvad vəhşicəsinə öldürüldü - Müəmmalı qətl mesajı

7 İyn, 2019
15:01
12683

Gürcüstanda azərbaycanlı ər-arvad vəhşicəsinə öldürüldü - Müəmmalı qətl mesajı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Gürcüstanın Qardabani rayonunda azərbaycanlı ər və arvad xüsusi amansızlıqla qətlə yetirilib. 

Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Onlar küt alətlə qətlə yetirilib və tanınmaz hala salınıb, hətta qohumları həmin şəxsləri tanıya bilməyib. 

Kişi və həyat yoldaşı Qardabanidə kiçik bizneslə məşğul olurmuş, lakin cinayətkarlar evdən heç nə götürməyib.

Bildirilir ki, qətlə yetirilmiş ailənin oğlu Rusiyada yaşayır.

Qohumlar qətlin qisas məqsədilə törədildiyini hesab edirlər. Deyirlər ki, qatillər evin divarlarına bu sözləri yazıblar: “Vaxtında gəl, səninlə hesablaşaq”.  

Faktla bağlı cinayət işi başlanıb, saxlanılanlar və ya şübhəlilər yoxdur. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri