İyn
2019
17:04
131
44
6086
Virtual karabakh

Rusiyada Telman Vəliyevin qruplaşmasına hökm oxundu

7 İyn, 2019
17:04
6086

Rusiyada Telman Vəliyevin qruplaşmasına hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Nijniy Taqil şəhərində 12 nəfərdən ibarət cinayət qruplaşmanın üzvlərinə hökm oxunub. 

Sverdlovsk vilayətinin prokurorluğundan verilən məlumata görə, cinayətkar qruplaşmanın üzvləri quldurluq, soyğunçuluq, sağlamlığa ağır zərər vurma, dələduzluq, ölümlə hədələmə maddələri ilə ittiham edilib. 

Azərbaycan Respublikasının vətəndaşı Telman Vəliyev 2015-2016-cı ildə Nijniy Taqildə idmançılardan ibarət cinayətkar qrup yaradıb. Vəliyev özü 2016-cı ilin avqustunda yaxalanıb. 

Cinayətkar qruplaşmanın üzvləri vaxtlarını bir yerdə keçirib, istirahət edib, idmanla məşğul olublar. Bəzilərini isə qohumluq əlaqələri birləşdirib. Bundan başqa, qruplaşmanın bir çox üzvləri Leninsk və Taqilstroyevsk rayonlarında birlikdə yaşayıblar.

Cinayətkar qruplaşmanın üzvləri Nijniy Taqil və Verxniy Salda ərazilərində bir sıra cinayət əməlləri törədib. Onların əməllərindən ümumilikdə 14 nəfər zərər görüb.

Belə ki, 2016-cı ilin mayında T.Vəliyev öyrənib ki, Nijniy Taqil sakini azadlığa çıxıb və öz mənzilini satıb. Kişi spirtli içki aludəçisi olub. Vəliyev başa düşüb ki, onda külli miqdarda pul ola bilər.

2016-cı il mayın 19-da qruplaşmanın üç üzvü həmin şəxsin müvəqqəti yaşadığı mənzilə gəlib. Onlar qapını açan şəxsə iki yumruq zərbəsi endirib və mənzilə daxil olublar. Cinayətkarlar ondan 100 min rubl (2600 AZN - red.) pul tələb etsə də, kişi pulu verməkdən imtina edib.

Bundan sonra cinayətkarlar ona daha iki yumruq zərbəsi endirib. Evdəki çəkiclə onun ayaq nahiyəsinə səkkizdən çox zərbə vurublar. Şiddətdən qorxan kişi pulu verməyə razılaşıb. Həmin gün kişi hesabından deyilən məbləği çıxarıb və tanışı vasitəsilə cinayətkarlara verib.

2014-cü ilin yayında Nijniy Taqil şəhərinin digər sakini tanışları ilə birlikdə qeyri-qanuni ev alqı-satqısı fəaliyyəti ilə məşğul olub və qruplaşma üzvlərindən biri ilə tanış olub. Həmin şəxs qruplaşma üzvləri ilə razılaşma əldə edərək, ucuz alıb, baha sata biləcəkləri daşınmaz əmlakların siyahısını onlara təqdim edib. 

2015-ci ilin dekabrında qruplaşma üzvlərindən biri Krasnoarmeysk küçəsində ucuz qiymətə ev satan şəxslə danışıq aparıb, ancaq bu, nəticə verməyib. Bundan narazı qalan cinayətkar həmin mənzil sahibindən 400 min rubl (10 480 AZN - red.) pul tələb edib. Sonuncu şəxs ona pul verməyəcəyini bildirib. Onda görüşlərin birində cinayətkar qruplaşmanın üzvləri həmin şəxsə və onun qohumuna hücum edərək, onlardan 800 min rubl (21 min AZN -red.) tələb edib.

Fiziki güc tətbiq edərək, yerli sakini avtomobilin yük hissəsinə qoyaraq, onlara borcu olduğu ilə bağlı qeyd qoymadığı təqdirdə həmin şəxsi yaşayış olmayan yerə aparacaqlarını bildiriblər. O zaman zərərçəkmiş və tanışı göstərilən məbləği ödəyəcəkləri ilə bağlı qeyd yazıblar. Ancaq cinayətkarlar saxlanıldıqları üçün pulu ala bilməyiblər. 

Qruplaşmanın əməlləri arasında xüsusilə ağır cinayətlər olub. Ümumilikdə onlar zərərçəkmişlərə 1,5 milyon rubl (39 min 300 AZN - red.) ziyan vurublar. Məhkəmənin qərarı ilə Telman Vəliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə səkkiz il müddətinə, İsa Əbilov cəzasını ağır rejimli həbsxanada çəkməklə doqquz il, İlkin Əbilova səkkiz il altı ay, Asim Abbasova dörd il beş ay, Orxan Muradova dörd il altı ay, Maskal Vidaka üç il altı ay, Denis Qayevə üç il, Mixail Allahverənova altı il, Emil İgidova üç il altı ay, Xıdır Hacıyevə dörd il, Roman Lenkov və Eduard Trakselə hər birinə dörd il altı ay müddətinə azadlıqdan məhrum edilmə cəzası verilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri