İyn
2019
21:50
312
141
80030
Virtual karabakh

Bakıda kriminal avtoriteti güllələyənlər tutuldu - YENİLƏNİB + FOTO/VİDEO

7 İyn, 2019
21:50
80030

Bakıda kriminal avtoriteti güllələyənlər tutuldu - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Binəqədi rayonunda odlu silahla qətl törətməkdə şübhəli bilinən şəxslərin adı  məlum olub. Onlar Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğludur.

Cəlalov Taleh İbrahim oğlu Hüseynov Səxavət Oruc oğlu ilə birgə kriminal avtoritet olduğu deyilən Budaqlı Mübariz Mürsəl oğlunu öldürməkdə şübhəli bilinir.

Həmin şəxslər 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.

20:55

Binəqədi rayonunda güllələnərək öldürülən şəxsin kimliyi müəyyən olunub. Binəqədi rayon polis idarəsindən verilən məlumata görə, o Mübariz Budaqlıdır. Mübariz Budaqlı başına açılmış bir atəş nəticəsində həyatını itirib.

20:30

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, aparılan təcili təxirəsalınmaz əməliyyat nəticəsində “Favorit” supermarketinin yanında kriminal aləmin nümayəndəsini güllələyən şübhəli bilinən şəxs saxlanılıb.

Həmçinin bildirilib ki, öldürülən kriminal avtoritetin də kimliyi müəyyən edilib. Araşdırmalar aparıldığı üçün nə ölən, nə də öldürülən şəxslərin adları hələ ki, açıqlanmayıb. Əlavə məlumat veriləcək.

20:01

Bakının Binəqədi rayonunda atışma olub, kriminal avtoritet güllələnib.

Bu barədə Oxu.Az-a sözügedən rayonun Polis İdarəsindən məlumat verilib.

Hadisə “Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, avtomobilində olan kriminal avtoritetə naməlum şəxslər tərəfindən atəş açılıb. O, hadisə yerindəcə keçinib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. Əlavə məlumat veriləcək.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri