11 
İyn
2019
12:21
14
130
5208
Virtual karabakh

Bakıda bıçaqlanma

11 İyn, 2019
12:21
5208

Bakıda bıçaqlanma

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 9-dan 10-na keçən gecə, təxminən 02:00 radələrində Bakının Xətai rayonunun Rza Quliyev küçəsində bıçaqlanma hadisəsi olub.

Oxu.Az xəbər verir ki, 37 yaşlı Novruzov Vüqar Firəddin oğlu bıçaqlanıb.

İki bıçaq zərbəsindən biri V.Novruzovun qarın nahiyəsinə endirilib. Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.   

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 36-cı Polis Bölməsinin əməkdaşları 24 yaşlı Xəlilov Elvin Pərviz oğlunu saxlayıb. İlkin məlumata görə, tərəflər arasında münaqişə məişət zəminində baş verib.

Sağlamlığa ağır zərərvurma faktı üzrə cinayət işi açılıb.

Paytaxtın hüquq-mühafizə orqanlarının məlumatına görə, iyun ayında bıçaqlanma nəticəsində sağlamlığa ağır xəsarət yetirmə ilə bağlı beş fakt qeydə alınıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri