11 
İyn
2019
14:48
24
168
4400
Virtual karabakh

Sumqayıtda Cəlilabad sakini bıçaqlandı, xəstəxanada öldü

11 İyn, 2019
14:48
4400

Sumqayıtda Cəlilabad sakini bıçaqlandı, xəstəxanada öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda bıçaqlanma hadisəsi olub.

Şəhər Prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, hadisə bu gün Sumqayıtda - 1-ci mikrorayon ərazisində qeydə alınıb.

24 yaşlı Cəlilabad rayon sakini Faiq Füzuli oğlu Cəfərov qarın nahiyəsindən bıçaq yaraları alıb. Gənc xəstəxanada ölüb.

4-cü Polis Bölməsinin əməkdaşları qətldə şübhəli bilinən Sahib Rasim oğlu Nadirovu saxlayıblar. Hazırda saxlanılan şəxs istintaqa ifadə verir.

Cinayətin səbəbləri hələlik aydınlaşdırılmayıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri