12 
İyn
2019
04:05
27
225
9940
Virtual karabakh

Yolda ötüşmə bıçaqlanma ilə nəticələndi

12 İyn, 2019
04:05
9940

Yolda ötüşmə bıçaqlanma ilə nəticələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəsimi rayonunda 39 yaşlı kişi bıçaqlanıb.

Oxu.Az xəbər verir ki,Yaradanquliyev Ayxan Mahmud oğlu rayonun Səməd Vurğun küçəsində avtomobili ilə hərəkətdə olarkən qarşısındakı nəqliyyat vasitəsini ötmə əməliyyatı edərək keçib.

Lakin bu, digər maşında olanların xoşuna gəlməyib. Onlar, A.Yaradanquliyevi saxlayaraq mübahisə ediblər. Daha sonra ona bir neçə bıçaq zərbəsi vurublar.

Qarın nahiyəsinə çoxsaylı bıçaq zərbəsi alan yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri