12 
İyn
2019
08:01
17
125
2707
Virtual karabakh

Sabirabadda iki maşın toqquşdu, dörd nəfər xəsarət aldı - FOTO

12 İyn, 2019
08:01
2707

Sabirabadda iki maşın toqquşdu, dörd nəfər xəsarət aldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabadda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində qeydə alınıb.

İmişli rayon sakini, 1989-cu il təvəllüdlü Paşayev Bəşir Azər oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Sabirabad rayon sakini, 1975-ci il təvəllüdlü Heydərov Səbri Əliheydər oğlunun idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub.  

Qəza zamanı hər iki avtomobilin sürücüsü və sərnişinləri 1968-ci il təvəllüdlü Əliyev Daşqın Qurban oğlu, 1987-ci il təvəllüdlü Həşimov Vüqar Radif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri