14 
İyn
2019
03:32
48
243
31207
Virtual karabakh

Bakıda iş adamını öz maşınında güllələdilər - YENİLƏNİB - FOTO/VİDEO

14 İyn, 2019
03:32
31207

Bakıda iş adamını öz maşınında güllələdilər - YENİLƏNİB - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məmmədov Ramiz Hümbət oğlunun güllələnərək qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Belə ki, R.Məmmədov öz qaynı Rauf Həsənov tərəfindən odlu silahla öldürülüb.

Hazırda Sabunçu Rayon Prokurorluğunun istintaq qrupu hadisənin baş verdiyi Bəşir Bünyadov küçəsində müayinələr aparır. Ərazidən cinayətdə istifadə olunan odlu silahın gilizi aşkar edilib.

"Hozu" ləqəbli Ramiz Məmmədovun Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 84 və 113 saylı marşrut xəttinin sahibi olduğu bildirilir.

***

02:28

Bakının Sabunçu rayonunda silahlı insident olub.

Oxu.Az xəbər verir ki, hadisə Zabrat yolu, Şəhər şossesində baş verib.

İlkin məlumata görə, Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində qeydiyyatda olan 1972-ci il təvəllüdlü Məmmədov Ramiz Hümbət oğlu İlkin adlı şəxs tərəfindən güllələnib.

Onlar arasında yaranan mübahisə zamanı yuxarıda adı çəkilən şəxs avtomobilindəki odlu silahı götürərək R.Məmmədova atəş açıb.

R.Məmmədov dərhal xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatı edilib. Onun aşağı ətraflarından və qarın nahiyəsindən çoxsaylı yaralar aldığı bildirilir.

R.Məmmədov həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

İlkin məlumata görə, R.Məmmədov iş adamı olub. Onun avtomobilindən düşən zaman güllələndiyi bildirilir.

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri