14 
İyn
2019
12:07
17
462
15935
Virtual karabakh

Qusarda qadın evinin həyətində uşaq dünyaya gətirdi, ikisi də öldü - YENİLƏNİB

14 İyn, 2019
12:07
15935

Qusarda qadın evinin həyətində uşaq dünyaya gətirdi, ikisi də öldü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusarda hamilə qadın və körpəsinin ölümünün təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Suvacal kəndində yaşayan 27 yaşlı Emma Ağamuradova gecə saatlarındə çölə çıxıb, yaşadığı evin həyətində uşaq dünyaya gətirib.

Ehtimal olunur ki, körpə ölü doğulub. Halı pisləşən qadın isə elə həyətdə dünyasını dəyişib. Bir müddət sonra onun və dünyaya gələn uşağın meyiti aşkarlanıb. Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. 

Qeyd edək ki, təxminən beş illik ailəli olan Ağamuradov cütlüyünün iki övladı var.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.

10:12

Qusardakı evlərdən birində ana və yeni doğulan körpəsinin meyiti tapılıb.

Qusar hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə Suvacal kəndində baş verib.

Kənd sakini 27 yaşlı Emma Ağamuradova gecə saatlarında qaldığı evdə uşaq dünyaya gətirdikdən sonra qanaxmadan ölüb.

Məlumatlara əsasən, E.Ağamuradova heç bir xəstəxanada qeydiyyatda olmayıb və doğuş zamanı huşunu itirib. Körpə də dünyaya ölü gəlib.

Səhər yuxudan oynanan əri yoldaşı və yeni doğulan körpənin meyitini aşkarlayıb. 

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri