16 
İyn
2019
01:41
59
593
47291
Virtual karabakh

Gəncədə tanınmış idmançının oğlunu 1 manata görə öldürdülər - YENİLƏNİB + FOTO

Gəncədə çay evində baş vermiş qətlin təfərrüatı məlum olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, pul üstündə mübahisə edən şəxslər bir-birinə bıçaq xəsarətləri yetiriblər.

1995-ci il təvəllüdlü E.Alıyev aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb. Davanın digər iştirakçısı 1983-cü il təvəllüdlü Məmmədov Emil Elxan oğlu isə ağır yaralanıb. O, xəstəxanaya aparılıb.

01.01

Gəncədə çay evində qətlə yetirilmiş şəxsin kimliyi məlum olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bu, Elnur Alıyevdir. 

E.Alıyev Gəncədə kikboksinq üzrə tanınmış məşqçi İlqar Alıyevin oğludur. 

00.44

Gəncədə qətl hadisəsi olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə “Miraj” çay evinin qarşısında baş verib.

Bildirilir ki, bir manat üstündə yaranmış mübahisə qətlə səbəb olub.

Faktla bağlı Gəncə prokurorluğunda araşdırma aparılır.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri