17 
İyn
2019
05:51
15
166
3052
Virtual karabakh

Bərdədə “Jiquli” ağaca çırpıldı: xəsarət alanlar var - FOTO

17 İyn, 2019
05:51
3052

Bərdədə “Jiquli” ağaca çırpıldı: xəsarət alanlar var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Türkmən kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarə etməni itirərək yol kənarında olan iri gövdəli ağaca dəyib.

Nəticədə avtomobilin sürücüsü, Yevlax rayon sakini Pərviz Məhəmməd oğlu Quluzadə və sərnişin Amil İlham oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki yaralı Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

P.Quluzadənin vəziyyətinin ağır olduğunu bildirilir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri