17 
İyn
2019
14:01
28
173
11353
Virtual karabakh

Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO

17 İyn, 2019
14:01
11353

Masazırdakı bıçaqlanma kameraya düşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az iyunun 14-də gecə saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində baş vermiş bıçaqlanma hadisəsinin videogörüntüsünü əldə edib.

İnsident nəticəsində 1995-ci il təvəllüdlü yerli sakin Ağayev İsmayıl Şirvan oğlu ağır yaralanıb.

Artıq insidentin bəzi təfsilatları məlum olub. Bu barədə Oxu.Az-a zərərçəkənin qardaşı İslam Ağayev açıqlama verib.

Onun sözlərinə görə, bundan əvvəl yerli KİV-də İsmayıl Ağayevin öz qardaşı tərəfindən bıçaqlandığı və birincinin ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıldığı barədə məlumat verilir. Lakin bu informasiya həqiqəti əks etdirmir. Belə ki, İsmayıl Ağayevi qardaşı yox, tanışı yaralayıb. Tanışı aralarında düşən dava əsnasında ona biri qarın nahiyəsinə olmaqla dörd bıçaq xəsarəti yetirib. Cinayətkar hadisəni törətdikdən sonra ərazidən qaçıb.

“Bizim şübhəlinin saxlanılıb-saxlanılmaması barədə hər hansı məlumatımız yoxdur. Polisə şikayət etməmişik, qoy qardaşım özü qərar versin. Həkimlərin dediyinə görə, hazırda vəziyyəti sabitdir. Onu bu gün reanimasiyadan palataya köçürəcəklər”, - İslam Ağayev bildirib.

İddiaya görə, tərəflər arasında dava İsmayıl Ağayevin öz dostunun müdafiəsinə qalxmasına görə düşüb. Gecə yaşanan qarşıdurma “Limon” mağazasının müşahidə kamerasının obyektivinə tuş gəlib. Kadrlarda cinayətkarın hadisə yerini tərk etdiyini və bir müddət sonra yoldan keçən avtomobillərdən birinin qan içində olan İ.Ağayevin yanında saxladığını görmək olur. Ancaq sürücü ilkin yardım göstərməyib və yoluna davam edib.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri