26 
İyn
2019
15:19
429
75
4171
Virtual karabakh

80 yaşlı qadının pensiyasını oğurlayan şəxs tutuldu - FOTO

26 İyn, 2019
15:19
4171

80 yaşlı qadının pensiyasını oğurlayan şəxs tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada 80 yaşlı qadının pulunu və pensiya kartını oğurlayan şəxs saxlanılıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Seləkəran kənd sakini S.Ələskərova rayon Polis şöbəsinə müraciət edərək, Astara şəhəri ərazisindəki bankomatdan təqaüdünü çıxardıqdan sonra içərisində 187 manat pul və pensiya kartı olan pulqabının oğurlandığını bildirib.

Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulqabını oğurlayan şəxsin rayonun Ərçivan qəsəbə sakini Fariz Baxşiyev olduğu müəyyən edilib. Məlum olub ki, F.Baxşiyev S.Ələskərovanın təqaüdünü aldığını görərək onu izləyib və qadın dayanacaqda olarkən yanına qoyduğu pulqabını oğurlayıb.

Hazırda F.Baxşiyevin digər bu kimi əməllərinin olub-olmadığı araşdırılır.

Rövşən Əzimov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri