26 
İyn
2019
23:50
171
32
3594
Virtual karabakh

Evdən 7 min manatlıq qızıl oğurlayan Yevlax sakini saxlanılıb - VİDEO

26 İyn, 2019
23:50
3594

Evdən 7 min manatlıq qızıl oğurlayan Yevlax sakini saxlanılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Masallı rayonunun Bədəlan kənd sakini Cəsail Şahbazov Rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus yaşayış evindən 7000 manat dəyərində qızıl zinət əşyalarının və 100 manat pulun oğurlandığını bildirib.

Oğurluğu törətmiş şəxsin Yevlax şəhər sakini İntiqam Mahmudov olduğu müəyyən edilib və o saxlanılıb. Oğurladığı qızılların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı şöbənin istintaq bölməsində araşdırma aparılır.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri