27 
İyn
2019
11:40
141
39
3333
Virtual karabakh

Qubada əlinə keçəni oğurlayan şəxs yaxalandı

27 İyn, 2019
11:40
3333

Qubada əlinə keçəni oğurlayan şəxs yaxalandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayon regional qrupundan verilən məlumata görə, araşdırma zamanı onun əvvəllər məhkum olunmuş rayon sakini, 41 yaşlı Rauf Məlikov olduğu müəyyən edilib.

R.Məlikov törətdiyi oğurluq hadisələrini etiraf edib.

Məlum olub ki, R.Məlikov may və iyun aylarında rayonun Timiryazev qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birindən generator, su nasosu və digər təsərrüfat avadanlıqları, eləcə də, rayon ərazisində isə dərman preparatları daşıyan avtomobildən tibbi avadanlıqlar və müxtəlif növ preparatlar oğurlayıb.

Oğurladığı təsərrüfat avadanlıqlarını dəyərindən ucuz qiymətə satan R.Məlikov, əldə etdiyi pulları xərclədiyini bildirib. R.Məlikovun üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb. O, narkotik vasitə istifadəçisi olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün saxladığını bildirib.

Oğurluq yolu ilə əldə edilmiş tibbi avadanlıqlar və dərman preparatları isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktlarla bağlı Quba RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri