27 
İyn
2019
17:26
50
234
8639
Virtual karabakh

Bakıda kişi qadını güllələdi

27 İyn, 2019
17:26
8639

Bakıda kişi qadını güllələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 26-da Bakının Nizami rayonunda güllələnmə hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a Nizami Rayon Polis İdarəsindən məlumat veriblər.

Cinayət metronun “Neftçilər” stansiyası ərazisində, Rüstəmov küçəsində, saat 21:00 radələrində törədilib.

Belə ki, kişi tanışı - 1974-cü il təvəllüdlü Zəhra Ağayevaya iki dəfə atəş açıb. Nəticədə, qadın 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.  

Cinayətkar törətdiyi əməldən sonra polisə könüllü təslim olub. Saxlanılan şəxsin adı hələlik açıqlanmır. Fakt üzrə Cinayət Məcəlləsinin 29, 120-ci (cinayət törətməyə cəhd, qəsdən adam öldürmə) və 228-ci maddələri (qanunsuz odlu silah saxlama) üzrə cinayət işi qaldırılıb.

Fakt üzrə istintaqı Nizami Rayon Prokurorluğu aparır.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri