28 
İyn
2019
01:29
34
229
4785
Virtual karabakh

Bakıda sərxoş gənci küt alətlə döydülər

28 İyn, 2019
01:29
4785

Bakıda sərxoş gənci küt alətlə döydülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nizami rayonunda 26 yaşlı gənc ağır xəsarət alıb.

Oxu.Az-ın məlumatına görə, “Laçın” ticarət mərkəzinin yaxınlığında 1993-cü il təvəllüdlü Vəliyev Elçin Bəşir oğlu naməlum şəraitdə başından ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardım maşını ilə  3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Qapalı kəllə-beyin travması alan E.Vəliyev reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, E.Vəliyev küt alətlə döyülərək ağır xəsarət alıb. Hadisə zamanı onun içkili vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri