28 
İyn
2019
17:07
24
406
5613
Virtual karabakh

Xaçmazda iki uşaq atası özünü öldürdü

28 İyn, 2019
17:07
5613

Xaçmazda iki uşaq atası özünü öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmazda intihar hadisəsi baş verib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ağyazıbuduq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Musayev Heydər Musa oğlu özünü gilas ağacından asıb. H.Musayev iki uşaq atası olub.

Xaçmaz rayon Prokurorluğundan saytımıza verilən məlumata görə, intihar edən şəxsin bir neçə nəfərə borcu olub. Ehtimal olunur ki, o, bundan depressiyaya düşüb və özünü öldürüb.

Yaxınlarının istintaqa verdiyi ifadəyə görə, onlar intihardan əvvəl çay süfrəsi arxasında əyləşərək, zarafatlaşıblar. Onlar Musayevdə hər hansı qəribə hərəkət müşahidə etməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Tehran Orucoğlu, Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri