İyl
2019
01:50
14
333
8295
Virtual karabakh

Bakıda naməlum sürücü piyadanı öldürüb qaçdı - YENİLƏNİB + FOTO

2 İyl, 2019
01:50
8295

Bakıda naməlum sürücü piyadanı öldürüb qaçdı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədən avtomobil tapılıb. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, sürücünün axtarışları isə davam edir.

01:33

Bakının Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin kimliyi hələlik məlum deyil.

Hadisəni törədən şəxsin axtarışları davam etdirilir. Ərazidə yaşayanların bildirdiyinə görə, yolda piyadalar üçün keçid olmadığına görə, ölüm və xəsarətlə nəticələnən hadisələr tez-tez baş verir.

Kamil Əmirli
Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri