İyl
2019
01:59
25
209
5909
Virtual karabakh

Gecə Bakıda üç nəfəri döyüb xəstəxanalıq etdilər - VİDEO

3 İyl, 2019
01:59
5909

Gecə Bakıda üç nəfəri döyüb xəstəxanalıq etdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gecə saatlarında Bakının ayrı-ayrı rayonlarında üç döyülmə faktı qeydə alınıb. 

Oxu.Az xəbər verir ki, ilk hadisə Nərimanov rayonunda, Daş Karxanası adlanan ərazidə baş verib. 

1970-ci il təvəllüdlü Mədətov Ovçu İman oğlu naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. O.Mədətov 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona sağ gözətrafı toxumaların əzilməsi diaqnozu qoyulub.

İkinci hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən “555 kafe”sinin yaxınlığında qeydə alınıb. 

1988-ci il təvəllüdlü İsmayılov Cabir Feyruz oğlu tanımadığı şəxs tərəfindən döyülüb. Üzündən xəsarət alan yaralı xəstəxanaya aparılıb. Ona üzün yumşaq toxumalarının əziyi, çənənin sınığı diaqnozu qoyulub.

Sonuncu hadisə isə Xətai rayonunda baş verib. 15 yaşlı Kərimli Nadir Emil oğlu tanıdığı şəxslə mübahisə edib. Nəticədə o, üz nahiyəsindən xəsarət alıb.

Yaralı ağır vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona sağ gözətrafı toxumaların əziyi diaqnozu qoyulub.

Hər üç faktla bağlı araşdırmalar aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri