İyl
2019
20:22
44
263
31377
Virtual karabakh

Goranboydakı qayınata-gəlin cinayətinin təfərrüatı bəlli oldu - YENİLƏNİB + FOTO

9 İyl, 2019
20:22
31377

Goranboydakı qayınata-gəlin cinayətinin təfərrüatı bəlli oldu - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboydakı qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə qısqanclıq zəminində törədilib.

Belə ki, Goranboy rayon Hazırəhmədli kənd sakini, 76 yaşlı Qasım İsgəndərov 39 yaşlı gəlini Samirə Məmmədovanı qısqanclıq zəminində öldürüb.

Mərhum S.Məmmədovanın bir qız övladı olub.

Qeyd edək ki, faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

19:28

Goranboy rayonunda qətl hadisəsi olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində baş verib.

Kənd sakini Qasım adlı şəxs gəlini Samirə Məmmədovanı öldürüb.

Hələlik qətlin motivi bəlli deyil.

Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri