Avq
2019
11:47
29
182
12616
Virtual karabakh

Şəmkirli iş adamının “Hummer”ini və özünü yandırmasının - TƏFƏRRÜATI

7 Avq, 2019
11:47
12616

Şəmkirli iş adamının “Hummer”ini və özünü yandırmasının - TƏFƏRRÜATI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 6-da Şəmkirdə yerli sakinin özünü və “Hummer” markalı avtomobili yandırmasının təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupunun baş müfəttişi Eşqin Qasımov Oxu.Az-a bildirib ki, insident Dövlət Yol Polisi Baş İdarəsinin Şəmkir Rayon Bölməsinin dayanacağında baş verib.

Rayon məhkəməsinin qərarı ilə Yeni həyat kəndinin 1973-cü il təvəllüdlü sakini Qasımov Fuad Aydın oğlunun avtomobilinə iki il yarım əvvəl həbs qoyulub. Buna səbəb kişinin müxtəlif şəxslərə iri məbləğdə pul borclu olması göstərilib. Maşın 51 min manat dəyərində qiymətləndirilib və satışa çıxarılıb.

Kənd sakini bundan sonra qəzəblənərək, özünü və maşınını yandırıb, ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Fuad Qasımovun işi üzrə məhkəmə prosesi 2013-cü ildə başlayıb və indiyədək davam edir. O, daha əvvəl sahibkarlıq fəaliyyəti ilə məşğul olub, lakin sonra müflisləşib.

Faktla bağlı təhqiqat davam edir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri