Avq
2019
23:42
15
261
6122
Virtual karabakh

Tovuzda zəncirvari qəza: 3 nəfər öldü, 3 nəfər yaralandı - FOTO/VİDEO

8 Avq, 2019
23:42
6122

Tovuzda zəncirvari qəza: 3 nəfər öldü, 3 nəfər yaralandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayonunun Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. 

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, "VAZ 21 011", "Daewoo Nexsia" və "Mercedes C-Klass" markalı avtomobillər toqquşub.

Qəzada "Mercedes"in sürücüsü, 1996-cı il təvəllüdlü Müzəffər İlqar oğlu Hüseynzadə, "Daewoo Nexsia"-nın sürücüsü, 1983-cü il təvəllüdlü Qasımov Kamran Sakit oğlu və sərnişin Mustafaveya Nailə Yolçu qızı dünyasını dəyişib. 

Qəza nəticəsində Murtuzəliya Ayşən Əhməd qızı, Murtuzəliyeva Aysel Əhməd qızı və Murtuzəliyev Vüqar Vüsal oğlu ağır xəsarət alıblar. Xəsarət alanlar Tovuz rayon Mərkəzi Xəstəxanasına,Qazax rayon Diaqnostika Mərkəzinə və Gəncə şəhərindəki xəstəxanalara gətiriliblər.

İlkin məlumata görə qəza törədən şəxslər toydan qayıdırmışlar. 

Nazir Quliyev


Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri