14 
Avq
2019
13:05
53
265
5677
Virtual karabakh

Sumqayıtda çeçen qaçqın öldürüldü

14 Avq, 2019
13:05
5677

Sumqayıtda çeçen qaçqın öldürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda çeçen qaçqın öldürülüb.

Bu barədə Oxu.Az-a şəhərin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Cinayət hadisəsi avqustun 13-də Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. J-70 adlı ərazidə 1975-ci il təvəllüdlü Rusiya vətəndaşı Bakayev Bislan Baysullayeviçin meyiti tapılıb.

Kriminalistlər və məhkəmə-tibbi ekspertləri öldürülən şəxsin baş və sinə nahiyəsində bıçaq xəsarətləri aşkar ediblər.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs müəyyən edilib. Bu, daha əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş 1987-ci il təvəllüdlü Ağcabədi rayon sakini Muxtarov Tural Arif oğludur. Hazırda onun saxlanılması üzrə tədbirlər davam etdirilir.

Cinayət nəticəsində daha bir şəxs xəsarət alıb. Onun adı dəqiqləşdirilir. Əldə olunan məlumata görə, T.Muxtarov Bislan Bakayevi öldürüb, birgə spirtli içki içdiyi dostunu da yaralayıb. Bu üç kişi tikinti briqadasının tərkibində evlərin təmiri ilə məşğul olub.

Öldürülən şəxsin 15 il əvvəl çeçen müharibəsində iştirak etdiyinə görə onu və doğmalarını təqib edən federal hakimiyyətdən qaçdığı məlumdur. Bislan Bakayev Azərbaycandan siyasi sığınacaq istəyib.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri