14 
Avq
2019
17:22
49
256
5110
Virtual karabakh

Bakı sakini mağazanı partlatmaq istədi: 100 manat borcu varmış

14 Avq, 2019
17:22
5110

Bakı sakini mağazanı partlatmaq istədi: 100 manat borcu varmış

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı sakini polisə zəng edərək etiraf edib ki, 100 manat borcu olduğu mağazanı partlatmaq istəyir.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məlumata görə, 1974-cü il təvəllüdlü Qəribov Qalib Qərib oğlu avqustun 12-də saat 20:27-də  “102” telefon xidmətinə zəng edib. Kişi bildirib ki, Xətai rayonu, Dostluq küçəsində yerləşən “Mayak” mağazasına pul borcu var.

Şikayətçi bu səbəbdən ticarət obyektini partlatmaq istədiyini deyib. Lakin 37-ci Polis bölməsinin əməkdaşları xuliqanı taparaq saxlayıblar. Saxlanılan Q.Qəribovun psixi xəstə olduğu üzə çıxıb.

Asayiş keşikçiləri onu 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdiriblər.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri