17 
Avq
2019
00:29
136
109
4459
Virtual karabakh

Nizami rayonunda avtobus sürücüsü döyülüb

17 Avq, 2019
00:29
4459

Nizami rayonunda avtobus sürücüsü döyülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Laçın" ticarət mərkəzinin yaxınlığında 70 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1954-cü il təvəllüdlü Əhmədov Hidayət İbrahim oğlu döyülüb.

Oxu.Az-a veriln ilkin məlumata görə, hadisə minik avtomobili ilə sözügedən avtobus sürücüsünün bir-birinə hərəkət üstünlüyü tanımaması səbəbindən baş verib. Sürücülər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib və 70 saylı avtobusun sürücüsü xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona başın və kürək nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon 24-cü Polis Bölməsində araşdırma aparılır.

Kamil Əmirli

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri