20 
Avq
2019
11:39
24
174
3362
Virtual karabakh

Bakıya külli miqdarda rubl gətirmək istədi, yarısı müsadirə olundu

20 Avq, 2019
11:39
3362

Bakıya külli miqdarda rubl gətirmək istədi, yarısı müsadirə olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yekaterinburqdan Bakıya 1.7 milyon rubl (25.6 min dollar) aparmaq istəyən azərbaycanlı kişi saxlanılıb.

O, maliyyə vəsaitini "yaşıl dəhliz" vasitəsilə keçirməyə çalışıb.

Koltsovo hava limanının gömrük postunun rəis müavini Sergey Borovik bildirib ki, qanuna görə, on min dollardan artıq məbləğdə pul keçirmək istəyən şəxs "qırmızı dəhliz"ə getməlidir:

“Nağd pulun bəyannamədə qeyd edilməsinə görə heç bir ödəniş yoxdur. Amma böyük məbləğdə vəsaitin ölkədən çıxarılması barədə məlumat vermək vacibdir".

Məlumata görə, kişiyə 10 min dollar qaytarılıb, yerdə qalanı isə müsadirə olunub. İndi azərbaycanlı inzibati qaydada - müsadirə edilmiş məbləğin 50 faizinin iki misli qədər cərimələnəcək. 

Ən yaxşı halda tutulan pulun yarısı ona qaytarılacaq, qalan hissəsi isə Rusiya büdcəsinə gedəcək.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri