11 
Sen
2019
05:49
28
193
7643
Virtual karabakh

Müştəri avtomobil satan 2 qardaşı bıçaqlayıb - YENİLƏNİB

11 Sen, 2019
05:49
7643

Müştəri avtomobil satan 2 qardaşı bıçaqlayıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, avtomobil almaq istəyən şəxs maşın alverçisi Tahirov Etibar Təşkilat oğluna bıçaqla xəsarət yetirib. Yaralı polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilərək əməliyyat edilib.

Məlum olub ki, həmin şəxs mübahisə zamanı E.Tahirovun qardaşı, 1981-ci il təvəllüdlü Tahirov Cavid Təşkilat oğlunu da bıçaqlayıb.

C.Tahirov da xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

01:13
Nəsimi rayonunda bıçaqlanaraq ağır xəsarət alan şəxsi polislər xəstəxanaya çatdırıb.

Oxu.Az xəbər verir ki, hadisə 1-ci mikrorayon ərazisində baş verib.

Naməlum şəxs 38 yaşlı Tahirov Etibar Təvəkkül oğlunu bıçaqlayıb.

Ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməliyyat qrupu yaralını xəstəxanaya çatdırıb.

Hadisəni törədən şəxsi də polis əməkdaşları zərərsizləşdirərək saxlayıb. Yaralı dərhal əməliyyat olunub.

Məlumata görə, hadisəyə səbəb avtomobilini satan E.Tahirovla müştəri arasında yaranan mübahisə olub.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri