12 
Sen
2019
16:29
481
95
35530
Virtual karabakh

“Leş Tofiq” və cinayətkar dəstəsi belə ələ keçdi - ANBAAN VİDEO

12 Sen, 2019
16:29
35530

“Leş Tofiq” və cinayətkar dəstəsi belə ələ keçdi - ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olan səkkiz nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin yaxalanmasının görüntülərini yayımlayıb. 

Məlumatlara görə, əməliyyat Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə baş tutub. 

Belə ki, mütəşəkkil dəstəyə rəhbərlik edən, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli  Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında pərdələnərək cinayətkar şəbəkə yaradıb.

Dəstə üzvlərinə məxsus Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanan yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılaraq, mütəşəkkil cinayətkar dəstəyə daxil olan 8 nəfər həbs edilib. Bu cinayətkar şəbəkə ilə əlbir olan şəxsiyyəti hələ ki, müəyyən edilməyən digər şəxslərin də saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri