13 
Sen
2019
16:03
169
62
8704
Virtual karabakh

“Paxan”ın daha iki adamı ələ keçdi: Adam oğurlayıb işgəncə verirdilər - FOTO

“Paxan” adı ilə tanınan kriminal avtoritet tərəfindən idarə olunan mütəşəkkil cinayətkar dəstənin daha iki şübhəli üzvü adam oğurluğuna görə saxlanılıb.

Bu barədə Oxu.Az-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib. 

Bundan əvvəl Oxu.Az Bakı Şəhər Baş Polis İdarəsinin və paytaxtın Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Hüseyn Əsgərovun qaçırılmasını təşkil edən cinayətkar dəstənin zərərsizləşdirilməsi barədə məlumat vermişdi.

Sözügedən şəxs 1970-ci il təvəllüdlü Abbasova Aygün Bayram qızına 25 min manat pul borclu olub və borcunu vaxtında qaytara bilməyib. Bu zaman Abbasova keçmiş məhbuslarla danışaraq H.Əsgərovun oğurlanması sifarişini verib. 

Plana əsasən, 9 sentyabr tarixində 1985-ci il təvəllüdlü Kazımlı Könül Allahbaxış qızı onu Bakıxanov qəsəbəsində yerləşən kafeyə dəvət edib. Burada qurbanın başına torba keçirərək onu maşına qoyub Pirşağı qəsəbəsindəki yay evinə aparıblar. 

Oğrular burada Əsgərova işgəncə verərək azadlığı üçün 30 min manat tələb ediblər. Xüsusi əməliyyat tədbirləri nəticəsində əvvəllər də 1982-ci il təvəllüdlü Allahverdiyev Vasif Dursun oğlunun ölümünə görə mühakimə olunmuş 1988-ci il təvəllüdlü Hüseynov Şaiq Firdovsi oğlu, 1992-ci il təvəllüdlü Fəqan Eminoğlu və sifarişçi Aygün Abbasova saxlanılıb. Qeyd edək ki, Ş.Hüseynov və F.Eminoğlu Sumqayıt sakinləridir.

Bununla yanaşı, sentyabrın 12-də Xətai rayonunun 36-cı Polis Bölməsinin əməliyyatçıları qaçırma hadisəsi ilə əlaqədar Könül Kazımlı və onun həyat yoldaşı, əvvəllər xuliqanlığa görə məhkum olunmuş 1987-ci il təvəllüdlü Kazımlı Niyaməddin Sabir oğlunu da yaxalayıblar.

Belə ki, girovu işgəncələrə məruz qoyan məhz N.Kazımlı olub. Onlar istintaqdan qaçmaq üçün qohumlarından birinin evində gizləniblər. Qeyd edək ki, qrup üzvlərindən biri də müəyyənləşdirilib və onun tutulması üçün tədbirlər davam etdirilir.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri