16 
Sen
2019
15:25
9
303
3953
Virtual karabakh

Ukraynada uşaq valideynlərini asılmış vəziyyətdə tapıb

16 Sen, 2019
15:25
3953

Ukraynada uşaq valideynlərini asılmış vəziyyətdə tapıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Nikolayev bölgəsində 11 yaşlı uşaq valideynlərini evlərinin çardağında asılmış vəziyyətdə tapıb. Faciə Nikolayev rayonunun Boqaçovka kəndində baş verib.

Bu barədə “Nadzviçaynі news” xəbər verir.

Məlum olub ki, hadisəyə qədər ər və arvad intihar etmək niyyətində olduqlarını bildiriblər. İntihar ərəfəsində onlar spirtli içki qəbul ediblər. Ailənin dörd övladı var. Onlardan ən böyüyünün 25 yaşı var və hazırda orduda xidmət edir. Yetim qalan digər üç övladın taleyi ilə bağlı hələlik heç nə bilinmir.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri