19 
Sen
2019
02:13
19
134
4088
Virtual karabakh

Oğurluq avtomobillə qəza törətdi: yaralılar var - FOTO/VİDEO

19 Sen, 2019
02:13
4088

Oğurluq avtomobillə qəza törətdi: yaralılar var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonu, Sumqayıt şosesində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Binəqədi yolunda 30 yaşlı Nəcəfov Əlizamin Ələddin oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olan zaman əks yoldan gələn 40 yaşlı Məhərrəmov Şükür Haqverdi oğlunun idarə etdiyi “VAZ 2106” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə zamanı hər iki sürücü xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.

İdarədən Oxu.Az-a verilən ilkin məlumata görə, Ə.Nəcəfov Kamran adlı şəxsin satmaq məqsədilə dostuna verdiyi avtomobili qaçırıb. O, ərazidə yüksək sürətlə hərəkətdə olan zaman qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri