20 
Sen
2019
19:43
284
30
7764
Virtual karabakh

Bakıda narkotik satıcısı tutuldu, evindən külli miqdarda heroin çıxdı - FOTO

20 Sen, 2019
19:43
7764

Bakıda narkotik satıcısı tutuldu, evindən külli miqdarda heroin çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəllər məhkum olunmuş, Bərdə rayon sakini Akif Məmmədovun üzərindən 9,780 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. 

Əməliyyat tədbirlərinin davamı olaraq A.Məmmədovun yaşadığı evdən yüksək təsirdici xassəyə malik ümumi çəkisi 1 kiloqram 100 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunub. 

Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri