21 
Sen
2019
13:49
25
333
6824
Virtual karabakh

Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar - YENİLƏNİB

21 Sen, 2019
13:49
6824

Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az xəbər verir ki, Elnur Məmmədov “DOS-84” adlanan yaşayış ərazisində 59 yaşlı Məhərrəm Cəfərovu döyüb.

Daha sonra E.Məmmədov hadisə yerinə gələn M.Cəfərovun oğlanları – 35 yaşlı Cəfərov Ramin və 34 yaşlı Cəfərov Röyalı qarın və ayaq nahiyyələrindən bıçaqlayaraq hadisə yerindən qaçıb.

Polis E.Məmmədovu tutaraq istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

09:37

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə “DOS-84” adlanan yaşayış ərazisində qeydə alınıb.

İki qardaş - Rövşən və Röyal Cəfərovlar naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb, onların atası Məhərrəm Cəfərov isə döyülüb.

Yaralılar 1 saylı Şəhər və 3 saylı Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma gedir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri