23 
Sen
2019
10:53
17
264
6055
Virtual karabakh

Xırdalanda gənc əmisini qətlə yetirib, sonra yandırdı - MƏHKƏMƏ

23 Sen, 2019
10:53
6055

Xırdalanda gənc əmisini qətlə yetirib, sonra yandırdı - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xırdalanda əmisini qətlə yetirib, yandırmaqda təqsirləndirilən Məzahir Şıxməmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu.Az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Hadisə bu il martın 8-də Xırdalan şəhərinin “Gənclər Şəhərciyi” yaşayış kompleksində baş verib. Binada giriş 76, ev 11 ünvanında çarpayıda yanmış kişi meyti aşkarlanıb. 

Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı ölən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyəsində sınıq xəsarətləri var. 

Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu, 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlunun törətdiyi və izi itirmək məqsədilə mənzilə od vurduğu məlum olub.
Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 18, mənzil 38-də saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib. 

Saxlanılan şəxs dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib. 

Cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vasitəsilə açılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri