23 
Sen
2019
16:01
26
132
4821
Virtual karabakh

Bakıda keçmiş məhkumlar arasındakı dava qanla bitdi

23 Sen, 2019
16:01
4821

Bakıda keçmiş məhkumlar arasındakı dava qanla bitdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bıçaqlanma hadisəsi baş verib. Nəticədə, əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü paytaxt sakini Rövşən Lətifov ağır xəsarət alıb.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, 1993-cü il təvəllüdlü Ayaz Fətullayev sentyabrın 22-nə keçən gecə Qoradil massivində yerləşən bağ evində R.Lətifova çoxsaylı bıçaq zərbələri vurub.

Kliniki Tibbi Mərkəzə yerləşdirilən zərərçəkmişə daxilə nüfuz edən zərbə sinə və qarın nahiyəsinə, ikisi isə qol nahiyəsinə dəyib. Hadisədən dərhal sonra A. Fətullayev yoxa çıxıb.

Hazırda Binəqədi rayonu 43-cü Polis Bölməsinin əməkdaşları A.Fətullayevin axtarışını aparır. Məlumata görə, o, bundan əvvəl də oğurluğa görə cinayət məsuliyyətinə cəlb olunub.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri