29 
Sen
2019
06:16
29
266
9311
Virtual karabakh

Bakıda qohumlar naməlum şəxslər tərəfindən döyülüb, ölən var

29 Sen, 2019
06:16
9311

Bakıda qohumlar naməlum şəxslər tərəfindən döyülüb, ölən var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ölümlə nəticələnən döyülmə hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsi “Zeytun bağları” adlanan ərazidə qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Piriyev Bağır Bağman oğlu qapalı kəllə-beyin travması, qardaşı oğlu, 1990-cı il təvəllüdlü Piriyev Filman Bəhruz oğlu isə bədənin müxtəlif dərəcəli travması diaqnozları ilə xəstəxanaya çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, B.Piriyev xəstəxanada vəfat edib. F.Piriyevin dediyinə görə, onlar tanımadıqları şəxslər tərəfindən döyülüblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri