Okt
2019
14:34
49
251
7138
Virtual karabakh

“Instagram”da qadınla tanış oldu, şəkilləri ilə şantaj etdi

5 Okt, 2019
14:34
7138

“Instagram”da qadınla tanış oldu, şəkilləri ilə şantaj etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qadına qarşı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Samir İsmayılzadə barəsində olan hökmdən kassasiya şikayəti verib. 

Oxu.Az xəbər verir ki, məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir. 

Şikayət hakim Tahir Kazımovun icraatına verilib. 

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb. 

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Mədinə Məmmədova (ad və soyad şərti) “Instagram” sosial şəbəkəsində tanış olduğu kişinin onu şantaj etdiyini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.İsmayılzadə və qohumu Şəhriyar Abbasov zərərçəkmişdən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.

İttihama görə, həmin şəxslər qadından, ümumilikdə, 13 min manata yaxın pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Abbasov 8 il və S.İsmayılzadə isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri