7 
Okt
2019
16:05
53
141
5018
yuxarı
Bakıda gecə klubunda “BP-Azerbaijan”ın işçisi bıçaqlandı
Oktyabrın 6-na keçən gecə Bakıda gecə klubunda “BP-Azerbaijan” şirkətinin əməkdaşı bıçaqlanıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, Yusif Məmmədəliyev küçəsində yerləşən “Frenks” gecə klubunda dava düşüb. Münaqişə zamanı 1979-cu il təvəllüdlü Britaniya vətəndaşı Pol Trevor Heuitin sol qabırğasının altından bıçaqlanıb. Xoşbəxtlikdən zərbə nəticəsində həyati təhlükə yaranmayıb və zərərçəkənə lazımi tibbi yardım göstərilib.
İstintaq zamanı Səbail RPŞ əməkdaşları dörd şübhəli şəxsi saxlayıb.
Hazırda kişilər arasındakı münaqişənin səbəbi aydınlaşdırılır.
Qeyd edək ki, zərərçəkən “BP-Azərbaijan” şirkətində layihələndirmə üzrə aparıcı mütəxəssis kimi çalışır.
Ramella İbrahimxəlilova
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Kriminal xəbərləri
22 
Yan
2021
13:18
Qarabağda Azərbaycana qarşı döyüşən iki terrorçu barədə cinayət işi başlandı
360
6
1882
22 
Yan
2021
10:27
Azərbaycanda dəhşətli cinayət: Mübahisə etdiyi bibisi oğlunu güllələyib öldürdü
21
164
2494