Okt
2019
20:57
46
313
16419
Virtual karabakh

Arvadını 20 bıçaq zərbəsi ilə öldürən ər Gömrük Xidmətində çalışırmış - TƏFƏRRÜAT

7 Okt, 2019
20:57
16419

Arvadını 20 bıçaq zərbəsi ilə öldürən ər Gömrük Xidmətində çalışırmış - TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən gecə saatlarında Bakıda baş verən qətl hadisəsi müzakirələrə səbəb olub. Qadının 20 bıçaq zərbəsi ilə əri tərəfindən öldürülməsi sosial şəbəkə istifadəçiləri səbəblər axtarmağa başlayıblar.

Qafqazinfo-nun əməkdaşları bu gün həmin ailənin yaşadığı ünvanı əldə edib və orada olublar.

Biləcəri qəsəbəsində yerləşən 2 mərtəbəli köhnə tikilədə on illərdir yaşayan cütlük qonşuları tərəfindən sakit ailə kimi tanınıb. Jurnalistləri qarşılayan cavan oğlan qətldə təqsirləndirilən 33 yaşlı Nicat Abdullayevin uşaqlıq dostu olduğunu bildirib. O bildirib ki, ailə bu hadisədən çox sarsılıb və Nicatın şəkər xəstəsi olan anasının vəziyyəti ağırlaşıb. Bu gün bir neçə dəfə onların evinə təcili yardım çağırılıb və qadına tibbi yardım edilib. Bu səbəbdən ailə kənar şəxslərlə ünsiyyətə girmək istəmir və mətbuata hər hansı bir açıqlama vermək niyyətində deyillər. 

Məlumata görə, 27 yaşlı xanımı Leyla Abdullayevanı 20 bıçaq zərbəsi ilə öldürdüyü bildirilən Nicat Gömrük Xidmətinin əməkdaşıdır. Cütlüyün bu nikahdan 3 oğlan övladı olub, onlar hazırda azyaşlıdır. Gənc cütlük Nicatın atası Nazirin evində onlarla birgə yaşayıb. Qonşunun bildirdiyinə görə, Nicatın anası da gəlini ilə yaxşı münasibətdə olub və onlar heç vaxt səs-küylü, problemli ailə kimi tanınmayıblar. Bu vaxtda qədər də Nicat və Leyla arasında ayrılıq olmayıb.

Onun dindar, sakit təbiətli olduğu bildirilir. Qonşular Nicatın belə bir hadisə törətdiyinə inana bilmədiklərini deyirlər.  Nicatla Leylanın evliliyindən əvvəl də qohum olan qudalar Biləcəri qəsəbəsində “dağlı” kimi tanınırlar. Leylanın ailəsi isə Yasamal rayonunda yaşayır. Hadisə vaxtı da Nicat atası Nazirlə birgə Leylanı öz atasının evinə aparırmış.

Məlumata görə, Nicatın Leylanı öldürməsinə səbəb olan və hələ ki açıqlanmayan hadisə onların evində başlayıb və buna görə də Nicat Leylanı atasıgilə aparmaq qərarına gəlib. Yolda elə maşında mübahisələri böyüyüb və Nicat atası Nazirin yanında bıçaqla Leylanın qıçından bir zərbə vurub. Bu zaman özünü xilas etmək istəyən Leyla maşından düşərək qaçıb. Atası Nicatı tutaraq “dəymə, vurma” deyərək baş verə biləcək daha faciəvi hadisənin qarşısını almağa çalışıb. Lakin Nicat atasını itələyərək onun əlindən çıxıb və əlində bıçaqla Leylanın arxasıcca qaçıb. Ona çatanda isə növbəti 19 bıçaq zərbəsini Leylaya vurub və 3 oğul anası olan 27 yaşlı qadın orada dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri