10 
Okt
2019
23:24
37
191
9727
Virtual karabakh

Tovuzda iki polis əməkdaşını bıçaqlayan şəxs özünə də xəsarət yetirib - YENİLƏNİB

10 Okt, 2019
23:24
9727

Tovuzda iki polis əməkdaşını bıçaqlayan şəxs özünə də xəsarət yetirib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayonunda baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

Bölgə müxbirinin verdiyi xəbərə görə, əvvələr məhkum olunan rayon sakini, narkotik vasitə aludəçisi 1985-ci il təvəllüdlü T.Tağıyev polis şöbəsinə aparılan zaman bıçaqla polislərə xəsarət yetirib. Daha sonra isə özünü bıçaqlayıb.

Xəsarət alan polis əməkdaşları Toğrul Əsgərova, Məmmədəli Əsgərliyə və hadisəni törədən T.Tağıyevə xəstəxanada tibbi yardım göstərilib.

T.Tağıyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

21:30

Tovuz rayonunda kütləvi dava olub.

Hadisə Kür çayının kənarında baş verib. İlkin məlumatlara görə, insident zamanı 1990-cı il təvəllüdlü Əsgərov Məhəmmədəli Xəqani oğlu və 1996-cı il təvəllüdlü Əsgərov Toğrul Əli oğlu 1985-ci il təvəllüdlü Tağıyev Tariyel Sərdar oğlu tərəfindən bıçaqlanıblar.

Daha sonra sonuncu bıçaqla özünə bir neçə zərbə endirib. Hər üç yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Hadisə yerinə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Tağıyev Tariyel Sərdar oğlunun müxtəlif maddələrlə bir neçə dəfə həbs olunduğu bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri