11 
Okt
2019
18:10
30
120
5028
Virtual karabakh

Bakıda qardaşını öldürən şəxsə hökm oxundu

11 Okt, 2019
18:10
5028

Bakıda qardaşını öldürən şəxsə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Ağaməli Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, A.Kərimov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, ötən il oktyabrın 5-də Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində, qəsəbə sakini A.Kərimov evində münaqişə zəminində qardaşı Ədil Kərimovu bıçaqla qətlə yetirib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri