12 
Okt
2019
01:37
33
111
6013
Virtual karabakh

Qonşunun bıçaqladığı gənc əməliyyat stolunda iki dəfə ölümdən döndü

12 Okt, 2019
01:37
6013

Qonşunun bıçaqladığı gənc əməliyyat stolunda iki dəfə ölümdən döndü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.  

Oxu.Az xəbər verir ki, “Montin” adlanan ərazidə kişi öz qonşusu, 1995-ci il təvəllüdlü Marifzadə Cəlal Kamran oğluna 2 bıçaq zərbəsi vurub.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Əməliyyat stolunda 2 dəfə ürəyi dayanan zərərçəkəni yenidən ayıldıblar. 

Ona kürəyin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.  

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.  

Kamil Əmirli  

Elşad Mətləboğlu 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri