14 
Okt
2019
02:27
21
150
6790
Virtual karabakh

Evindən külli miqdarda narkotik çıxdı - FOTO

14 Okt, 2019
02:27
6790

Evindən külli miqdarda narkotik çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmir sakinində narkotik vasitələr və psixotrop maddələr aşkar olunub.  

Oxu.Az xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) daxil olmuş əməliyyat məlumatı əsasında, şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1989-cu il təvəllüdlü İbişov Nicat İsmayıl oğlunun yaşadığı evə baxış keçrilib.  

Baxış zamanı N.İbişovun yaşadığı evin yataq otağından sellofan torbada, bir bükümdə həşiş qətranı, dörd bükümdə küllü miqdarda heroin, 30 bükümdə marixuana və xeyli sayda psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.  

N.İbişov şübhəli şəxs qismində saxlanılıb.  

Qeyd edək ki, saxlanılan şəxs Nicat İbişov əvvəllər məhkum olunmayıb.  

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanaraq araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri