14 
Okt
2019
13:28
18
155
2793
Virtual karabakh

Qadın həbsdəki əri üçün narkotik gətirdi

14 Okt, 2019
13:28
2793

Qadın həbsdəki əri üçün narkotik gətirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb

Bununla bağlı Penitensiar Xidmət məlumat yayıb.

Həbsdə olan Babayev Taleh Taleh oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Ağdam şəhər sakini Babayeva Jalə Vəli qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş bir ədəd bükülüdə 0,048 qram psixotrop maddə “metamfetamin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri