17 
Okt
2019
11:58
29
133
6212
Virtual karabakh

Azərbaycanda kişi üç uşaq anası olan məşuqəsinə görə bıçaqlandı - FOTO

17 Okt, 2019
11:58
6212

Azərbaycanda kişi üç uşaq anası olan məşuqəsinə görə bıçaqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Füzuli sakini Masallıda bıçaqlanıb. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, axşam saatlarında rayonunun Şərəfə kənd sakini Rasim Xanməmməd oğlu İbişov avtovağzal kimi tanınan ərazidə 39 yaşlı Zaur Davud oğlu Qurbanovu bıçaqlayıb. 

Z.Qurbanov Füzuli sakini olsa da, Bakıda yaşayır. O, bir müddət bundan əvvəl qeyri-rəsmi yaşadığı Nuranə Əhmədova ilə aralarında yaşanan bəzi problemlərə görə Masallı Rayon Məhkəməsinə çağırılıb.

Bakıdan Masallıya gələn Z.Qurbanov axşam saatlarında geri qayıtmaq üçün avtovağzala gəlib və orada R.İbişovu görüb. Onlar arasında düşən mübahisə sonda bıçaqlanmaya səbəb olub. 

Döş qəfəsindən bir bıçaq zərbəsi alan Z.Qurbanov yaxınlıqdakıların köməyilə dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti orta-ağırdır.

Z.Qurbanov bildirir ki, üç uşaq anası olan N.Əhmədova rəsmi olaraq birinci ərindən boşandıqdan sonra, bir müddət onunla qeyri-rəsmi yaşayıb və onların bir övladı olub. Sonradan onu tərk edən qadın Masallı rayonuna gəlib və R.İbişovla qeyri-rəsmi yaşayıb.

Mübahisə də məhz N.Əhmədovaya görə düşüb. Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb və araşdırma davam edir. 

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri