23 
Okt
2019
01:27
25
262
8971
Virtual karabakh

Gəncədəki qətlin TƏFƏRRÜATI: Əmim oğlunu vurmaq istəyirdi, mən də bıçaqladım - YENİLƏNİB+FOTO

23 Okt, 2019
01:27
8971

Gəncədəki qətlin TƏFƏRRÜATI: Əmim oğlunu vurmaq istəyirdi, mən də bıçaqladım - YENİLƏNİB+FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə 17 yaşlı gəncin ölməsi ilə nəticələnən bıçaqlanma hadisəsinin təfərrüatı bəlli olub. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, mərhum Verdiyev Əzim Elşad oğlunu bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb. 

Bu, Gəncə şəhər sakini Məmmədov Elgün Rövşən oğludur. Orta məktəbin 10-cu sinfində oxuyan təqsirləndirilən şəxs ilkin ifadəsində hadisəni etiraf edib. 

O, mərhum Əzim Verdiyevin çayxanada əmisi oğlu ilə mübahisə etdiyini və vurmaq istədiyini, bu zaman bıçaqla onu vurduğunu bildirib. 

Qeyd edək ki, ürəyindən bıçaqlanan Ə.Verdiyev xəstəxanada ölüb. 

 

00:06

Gəncədə bıçaqlanaraq xəstəxanaya yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Bağmanlar qəsəbəsindən ürəyindən bıçaqlanaraq yaralanan şəxs xəstəxanada əməliyyata alınsa da, orada ölüb. 

Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.  

 

23:44

Gəncədə 17 yaşlı gənc öldürülüb. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Bağmanlar qəsəbəsində “Xan Arxı” deyilən ərazidə baş verib. 

İnsident nəticəsində 2002-ci il təvəllüdlü, Gəncə şəhər sakini Verdiyev Əzim Elşad oğlu ürəyindən bıçaqlanıb. 

Yaralı ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə gətirilib.  

Həkimlər əməliyyat edilən yeniyetmənin vəziyyətini ağır qiymətləndirir.  

Hələlik hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi məlum deyil. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri