Noy
2019
15:23
15
193
6100
Virtual karabakh

Narkoman ər arvadını məzara, həmyerlisini xəstəxanaya göndərdi - Dəhşətli qətlin təfərrüatı

1 Noy, 2019
15:23
6100

Narkoman ər arvadını məzara, həmyerlisini xəstəxanaya göndərdi - Dəhşətli qətlin təfərrüatı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün Ağa Mirbağırağa küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan rayon sakini, 37 yaşlı Nahid Hüseynov ailə münaqişəsi zəminində həyat yoldaşı, 36 yaşlı İlahə Hüseynovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. 

İlkin məlumata görə, bir aydan çoxdur ki, Hüseynovlar ailəsində ailədaxili münaqişə yaşanıb. Nəhayət, bu gün N.Hüseynov həyat yoldaşı İ.Hüseynova ilə yenidən mübahisə edib. O, üzərində gəzdirdiyi bıçaqla arvadına çoxsaylı zərbələr endirərək qətlə yetirib. 

Bundan sonra rayonun Yunis Zərgərli küçəsində qarşısına çıxan, rayon sakini 39 yaşlı Zaur Sadıqovun bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbəsi endirib və özünə xəsarət yetirərək bıçaqla qolunu kəsib. 

Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertizasına göndərilib. Yaralı Z.Sadıqov və N.Hüseynov isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hər ikisinə xəstəxanada ilkin tibbi yardım göstərilib. 

Artıq N.Hüseynov şübhəli şəxs qismində istintaqa cəlb edilib. 

Qeyd edək ki, qətlə yetirilən İ.Hüseynova üç azyaşlı uşaq anası olub. N.Hüseynovun narkotik asılılığından əziyyət çəkdiyi bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri