Noy
2019
01:55
31
233
10031
Virtual karabakh

Binədəki toyda yaralananların sayı artıb - YENİLƏNİB

2 Noy, 2019
01:55
10031

Binədəki toyda yaralananların sayı artıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binə qəsəbəsindəki toyda xəsarət alanların sayı artıb.  

Oxu.Az xəbər verir ki, “Bənövşə” restoranında mübahisə zəmnində 1986-cı il təvəllüdlü Rzayev Nail Rahib oğlu döyülərək xəsarət alıb.  

Yaralı xəstəxanaya yerləşdirilib.  

Ona döş qəfəsinin və başın təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub. 

 

23:44

Binə qəsəbəsində keçirilən toy mərasimində baş verən dava zamanı daha bir nəfər xəsarət alıb.  

Oxu.Az xəbər verir ki, 1976-cı il təvəllüdlü Əliyev Dilavər Ənvər oğlu xəsarət alaraq xəstəxanaya müraciət edib.  

Ona sağ qolun və biləyin əzilmiş, qarının sol yarısının kəsilmiş yarası diaqnozu qoyulub. 

 

22:47

Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.  

Oxu.Az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.  

“Bənövşə” şadlıq sarayında keçirilən toy məclisində yaranan mübahisə zamanı iki nəfər - 1989-cu il təvəllüdlü Əliyev Samir Heydər oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elçin Qadir oğlu bıçaqlanıb.  

Hər iki yaralı xəstəxanaya çatdırılıb. S.Əliyev və E.Əliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.  

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri